Bu mövsüm ilk məğlubiyyətini yaşadı - Azərbaycan Liqasında

30 Noyabr 2023 00:00 Basketbol 396
Bu mövsüm ilk məğlubiyyətini yaşadı - Azərbaycan Liqasında

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 2-ci turundan təxirə salınmış oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında “Sabah” və “NTD-İndiqo” qarşılaşıb.

“Sabah” bu oyunda 81:70 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Sabah”dan Kivon Devenport (27 xal, 7 ribaund), “NTD”dən Qriffin Remmi olub – 13 xal, 9 asist.

Xəbər Lenti