COP29

Azərbaycanda çalışan türkiyəli baş məşqçi razı qalmadı - Oyundan

28 Noyabr 2023 03:00 Basketbol 404
Azərbaycanda çalışan türkiyəli baş məşqçi razı qalmadı - Oyundan

"Çox təəssüf ki, yaxşı oyun sərgiləmədik".

Sportinfo.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murad Dikmen "Şəki"yə 63:52 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının V turun oyunu barədə danışarkən deyib.

Mütəxəssis təxminən 2-3 həftədir ki, istədikləri performansı göstərə bilmədiklərini bildirib:

"Mövsümə yaxşı başlamışdıq, ancaq son həftələr performansımızda eniş müşahidə olunur. Komandamın 62 xal yığması qəbuledilməzdir.

Ancaq rəqibi də 53 xalda saxlamaq bizim üçün çox vacib idi. Çempionatın ən məhsuldar basketbolçusu Pol Dibal mövsümdə ortalama 30 xalla çıxış edir.

Lakin biz onu 15 xalda saxlamağı bacardıq. Müdafiədə istədiyimiz kimi çıxış etsək də, hücumda uğurlu olmadığımız üçün görüş bizim üçün bir az çətin keçdi.

Yekunda yaxşı oynamadığımız bir gündə qalib gəlmək bizim üçün çox dəyərlidir".

Türkiyəli baş məşqçi bundan sonra yaxşı oyun sərgiləyərək qələbə qazanmaq istədiklərini söyləyib:

"Turnir cədvəlinə baxdıqda 5 oyuna 4 qalibiyyətimiz var və bu da çox vacib bir haldır.

Səhvlərimizdən dərs çıxarıb gələn həftə gerçəkləşəcək “Xırdalan” ilə matçın hazırlıqlarına başlayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!