“Xəzri” bu qələbə ilə yenidən liderliyə yüksəldi

27 Noyabr 2023 01:40 Basketbol 581
“Xəzri” bu qələbə ilə yenidən liderliyə yüksəldi

Azərbaycan Basketbol Liqasında 5-ci turun son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada “Şəki” və “Xəzri” üz-üzə gəlib.

Görüş qonaq komandanın üstünlüyü ilə nəticələnib. “Xəzri” 63:52 hesablı qələbə qazanaraq, yenidən liderliyə yüksəlib.

Ən məhsuldar basketbolçular “Şəki”dən Pol Dibal (15 xal, 6 ribaund), “Xəzri”dən isə Endryu Platek (18 xal, 1 ribaund) olublar.

Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!