Azərbaycan Liqasında 1 xalın "söhbəti getdi"

25 Noyabr 2023 01:30 Basketbol 495
Azərbaycan Liqasında 1 xalın "söhbəti getdi"

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 5-ci turunun açılış oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, aşağı sıralarda qərarlaşmış “Sərhədçi” və “Gəncə” üz-üzə gəlib.

İki əlavə vaxtın yaşandığı gərgin oyunun yekununda, 17 xallıq fərqdən geri dönüşü reallaşdıran “Sərhədçi”, 109:108 hesablı çətin qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Sərhədçi”də Brendon Miller (30 xal, 9 asist), “Gəncə”də isə Culs Mur (33 xal, 16 ribaund) olublar.

Turun digər oyunları (“Xırdalan” – “NTD-INDIGO”, “Cəlilabad” – “Sumqayıt”, “Neftçi” – “Sabah”, “Şəki” – “Xəzri”) 24-26 noyabr aralığında baş tutacaq.

Xəbər Lenti