"Neftçi" üzləri güldürdü

12 Noyabr 2023 03:00 Basketbol 752
"Neftçi" üzləri güldürdü

Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turun son oyunları baş tutub.

Sportinfo.az xəbər verirt ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş günün ilk oyununda "Neftçi" region təmsilçisi "Şəki"ni 90-64 hesabı ilə məğlub edib.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Toraje Breyk - 29 xal, 2 ribaund), "Şəki" (Pol Dibal - 39 xal, 13 ribaund)

Günün ikinci oyununda isə çempionatın əsas favoritlərindən sayılan "Sabah", "Xırdalan" basketbolçuları ilə qarşılaşıb. Oyun birincilərin 99-87 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Sabah" (Endar Poladxanlı - 21 xal, 3 ribaund), "Xırdalan" (Cakori Arçi- 23 xal, 5 ribaund)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti