“Sabah” Avropa Kubokunun müntəzəm mövsümündə ilk qələbəsini qazandı

9 Noyabr 2023 01:00 Basketbol 860
“Sabah” Avropa Kubokunun müntəzəm mövsümündə ilk qələbəsini qazandı

“Sabah” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro “Mornar”ını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 81:74 hesablı qələbəsi ilə bitib. Bununla “Sabah” müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.

“Sabah” qrup mərhələsində keçirdiyi ilk üç oyunda müvafiq olaraq Monteneqro “Mornar”ına (75:80), Türkiyə “Bağçaşəhər”inə (65:83) və Çexiya “Nimburk”una (61:95) məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO