"Neftçi" ilk qalibiyyətini cənub regionunda əldə etdi

5 Noyabr 2023 01:40 Basketbol 963
"Neftçi" ilk qalibiyyətini cənub regionunda əldə etdi

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, ilk turda məğlub olmuş "Neftçi", səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb.

Oyun paytaxt klubu "Neftçi" nin 90-56 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 38 xal, 8 ribaund), "Neftçi" (Maykl Karter - 19 xal, 4 ribaund)

İkinci turun son oyunu ( "Şəki" - "Sərhədçi") 5 noyabr tarixində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!