"Sabah"a qarşı oyun bizim üçün böyük çağırışdır".
Sportinfo.az xəbər verir ki, bunu "NTD-İndiqo"nun oyunçusu Daniel Vestbruk Azərbaycan Basketbol Liqasının II turunda "Sabah"a qarşı keçirəcəkləri matçla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
ABŞ-dan olan basketbolçu "Sumqayıt"a 97:79 hesabı ilə qalib gəldikləri I turun görüşünü də xatırlayıb:
"Liqanın ilk matçını çox yaxşı keçirdik. Oyun baxımından yaxşı təsir bağışladıq.
Qələbə ilə başlamaq vacib idi. Xaçmazda doğma divarlar arasında oynadıq.
Bu, bizim üçün yeni bir təcrübə idi. İndi ikinci oyuna hazırlaşırıq. Ötən həftə rəqibin oyununu izlədim.
Deyə bilərəm ki, çox güclü komandadır. Ancaq biz də gündən-günə artırırıq. Məşqlərdə çox çalışırıq".
Noyabrın 5-də reallaşacaq "Sabah" - "NTD-İndiqo" görüşü saat 19:30-da başlayacaq.

