"Məğlubiyyətimizə səbəb bunlardır" - Azərbaycan klubunun baş məşqçisi

3 Noyabr 2023 02:20 Basketbol 895
"Məğlubiyyətimizə səbəb bunlardır" - Azərbaycan klubunun baş məşqçisi

"Sabah"ın baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunda "Nimburk"la matçdan sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, şimali makedoniyalı məşqçi komandasının 61:92 hesablı məğlubiyyətini şərh edib:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu.

"Nimburk" çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar.

22 hücum ribaundu, 18 uğursuz sərbəst atış və 23 top itkisi.

Məğlubiyyətimizə səbəb bunlardır. Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti