Azərbaycan klubu Avropada üçüncü məğlubiyyətini aldı

2 Noyabr 2023 01:00 Basketbol 787
Azərbaycan klubu Avropada üçüncü məğlubiyyətini aldı

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada "Nimburk"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 92:61 hesablı qələbəsi ilə bitib.

"Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!