“Bakıya qələbə ilə qayıtmaq istəyirik” - “Sabah”dakı amerikalı

1 Noyabr 2023 08:20 Basketbol 853
“Bakıya qələbə ilə qayıtmaq istəyirik” - “Sabah”dakı amerikalı

“Bakıya qələbə ilə qayıtmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Sabah”ın amerikalı basketbolçusu Smit Donovan Çexiya klubu “Nimburk”a qarşı keçiriləcək FİBA Avropa Kubokunun müntəzəm mövsümünün III turunun oyunu ilə bağlı danışarkən deyib.

29 yaşlı mərkəz hücumçusu qrupda keçirdiyi ilk iki görüşündə qələbə qazanan rəqibin güclü olduğunu bildirib:

“Nimburk” yaxşı komandadır. Buna baxmayaraq, fikrimcə, burada qələbə qazana bilərik.

Rəqibin keçidləri çox təhlükəlidir. Bu səbəbdən onların sürətli çıxışlarının qarşısını almalıyıq”.

S.Donovan yeni startı verilən Azərbaycan Basketbol Liqası barədə də müsbət fikirdədir:

“Azərbaycan çempionatı yaxşı basketbolçuların çıxış etdiyi yarışdır. Mövsümün necə davam edəcəyini görəcəyik”.

Noyabrın 1-də keçiriləcək “Nimburk” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti