“Neftçi” debütanta uduzdu, mövsümə pis başladı

28 Oktyabr 2023 12:20 Basketbol 1 048
“Neftçi” debütanta uduzdu, mövsümə pis başladı

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının ilk turu çərçivəsində növbəti oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, “Neftçi” çempionatın debütantı “Xəzri” ilə qarşılaşıb.

Oyuna üstün başlayan “Xəzri” yekunda 80:73 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Ceyms Havtorn (18 xal, 5 ribaund), “Xəzri”dən Amil Həmzəyev (21 xal, 8 ribaund) olublar.

İlk turun “Xırdalan” – “Şəki”, “NTD-İndiqo” – “Sumqayıt”, “Gəncə” – “Sabah” matçları oktyabrın 28-29-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO