Azərbaycan çempionu müntəzəm mövsümdəki ilk oyununda məğlub oldu

19 Oktyabr 2023 02:50 Basketbol 822
Azərbaycan çempionu müntəzəm mövsümdəki ilk oyununda məğlub oldu

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Monteneqro təmsilçisi “Mornar”ın qonağı olub.

Bar şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 80:75 hesablı qələbəsi ilə bitib.

“Mornar” (Monteneqro) -“Sabah” (Azərbaycan) - 80:75 (22:22, 21:17, 16:13, 21:23)

Qrupun digər oyununda isə “Bahçeşehir Kolleji” Çexiyanın “Nimburk” klubuna evdə 88:89 hesabı ilə uduzub.

"Sabah" növbəti oyununu oktyabrın 25-də Bakıda "Bahçeşehir Kolleji”nə qarş ıkeçirəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO