"D" qrupunda mübarizə aparan Azərbaycan çempionu Monteneqroya getdi

17 Oktyabr 2023 08:40 Basketbol 723
"D" qrupunda mübarizə aparan Azərbaycan çempionu Monteneqroya getdi

Azərbaycanı FIBA Avropa Kubokunun müntəzəm mövsümündə təmsil edəcək "Sabah" bu həftə ilk oyununa çıxacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "D" qrupunda mübarizə aparan Azərbaycan çempionu ilk tur çərçivəsində keçiriləcək "Mornar"la görüş üçün Monteneqroya yollanıb.

"Mornar"- "Sabah" matçı oktyabrın 18-də keçiriləcək və oyuna 21:00-da start veriləcək.

"Sabah"ın qrupdakı digər rəqibləri "Bahçeşehir"(Türkiyə),“Nimburk” (Çexiya) və "Mornar"dır(Monteneqro).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti