Azərbaycan klubu "Rapi"i uddu, qrup lideri oldu, müntəzəm çempionata vəsiqə qazandı

6 Oktyabr 2023 01:10 Basketbol 1 020
Azərbaycan klubu "Rapi"i uddu, qrup lideri oldu, müntəzəm çempionata vəsiqə qazandı

"Sabah” basketbol komandası FIBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi buna təsnifat mərhələsinin son oyununda Rumıniya klubu “Rapid”ə qalib gəlməklə nail olub - 90:71

"Sabah" qrup lideri kimi növbəti raunda yüksəlib.

Azərbaycan çempionu A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO