“Sabah” bu gün Avropa Kubokunda qrupdan çıxa biləcəkmi? – HƏLLEDİCİ OYUN

5 Oktyabr 2023 18:40 Basketbol 781
“Sabah” bu gün Avropa Kubokunda qrupdan çıxa biləcəkmi? – HƏLLEDİCİ OYUN

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunun qrup mərhələsində bu gün son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada Rumıniya klubu “Rapid”lə qarşılaşacaq.

Komandalar ilk iki matçda qələbə qazandıqlarından, bu, həlledici duel olacaq. Qalib növbəti mərhələyə vəsiqə qazanacaq. Məğlub isə qrup ikinciləri arasında ən yaxşı iki nəticədən birinə ümid edəcək.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

“Sabah” qrupun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!