"Verdiyimiz qərarlar özünü doğrultdu"

4 Oktyabr 2023 13:40 Basketbol 624
"Verdiyimiz qərarlar özünü doğrultdu"

“İlk görüşdə olduğu kimi, bu dəfə də oyunun sonlarını yaxşı keçirmədik”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev Şimali Makedoniya klubu “Rabotniçki”ni 83:81 hesabı ilə məğlub etdikləri FİBA Avropa Kuboku oyunu barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis əsas problemin təcrübəsizlik olduğunu bildirib:

“Oyunçularımı təbrik edirəm. Onlar xüsusən də fasilədən sonra oyundan qopmadılar.

İlk hissədəki səhvləri təkrarlamadılar. Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu.

Oyunun axarını dəyişməyi bacardıq. Görüşün sonlarını yaxşı keçirməməyimiz komandanın avrokubok təcrübəsinin az olmasından irəli gəlir.

Lakin daha yaxşı oyun sərgiləyəcəyimizə inanıram”.

A qrupunda yer alan “Sabah” sonuncu matçını oktyabrın 5-də Rumıniyadan “Rapid”ə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti