“Sabah” Avropa Kubokunda ikinci qələbəsini qazandı

4 Oktyabr 2023 01:50 Basketbol 937
“Sabah” Avropa Kubokunda ikinci qələbəsini qazandı

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada yerli komanda “Rabotniçki” ilə üz-üzə gəlib.

İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri bu dəfə də eyni uğura imza atıblar. Gərgin keçən görüşdə təmsilçimiz 83:81 hesablı əzmkar qələbə qazanıb.

Qrupun digər görüşündə Rumıniya klubu “Rapid” “Donar”a (69:65) qalib gəlib.

A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə qarşı keçirəcək.

Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, budəfəki duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti