“Sabah” Avropa Kubokunda ikinci oyununu keçirəcək – BU GÜN

3 Oktyabr 2023 18:40 Basketbol 699
“Sabah” Avropa Kubokunda ikinci oyununu keçirəcək – BU GÜN

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda bu gün növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada ikinci sınağını yerli komandaya qarşı verəcək.

Ötən gün Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində “Rabotniçki” ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

A qrupunda yer alan “Sabah” üçüncü matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” (Buxarest) klubuna qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti