“Sabah” avrokuboklara qələbə ilə başladı

3 Oktyabr 2023 01:00 Basketbol 573
“Sabah” avrokuboklara qələbə ilə başladı

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda 2023/2024 mövsümünə qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağına Niderland təmsilçisi “Donar” önündə çıxıb.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutan qarşılaşma gərgin alınıb. Yekunda “Sabah” qroningenlilər üzərində 75:72 hesablı qələbə qazanıb.

“Sabah” ikinci oyununu oktyabrın 3-də yerli komanda “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti