Azərbaycanda klubun adı dəyişdirildi, rayona köçürüldü

29 Sentyabr 2023 13:20 Basketbol 1 107
Azərbaycanda klubun adı dəyişdirildi, rayona köçürüldü

2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında iştirak edəcək NTD-nin adı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, komanda NTD-INDIGO adlanacaq.

Klub artıq paytaxtı yox, Xaçmaz rayonunu təmsil edəcək və ev oyunlarını buradakı Olimpiya İdman Kompleksində keçirəcək.

NTD ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!