"Neftçi" qrup səddini adladı - Dünya Qadın Seriyasında

16 Sentyabr 2023 18:20 Basketbol 839
"Neftçi" qrup səddini adladı - Dünya Qadın Seriyasında

"Neftçi" Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində qrup səddini adlamağı bacarıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz B qrupunda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olsa da, sonuncu oyununda Çinin "Yuanda" klubuna 16:12 hesabı ilə qalib gəlib.

Azərbaycan klubu bununla da qrup üçüncüsü kimi "play-in"ə vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi"nin rəqibi Fransa millisi olacaq. Oyun sentyabrın 17-də, Bakı vaxtı ilə saat 11:25-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO