"Sabah" yenə uduzdu

12 Sentyabr 2023 07:40 Basketbol 485
"Sabah" yenə uduzdu

FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olan "Sabah" BK ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz ikinci görüşündə Serbiyanın yüksək liqasında çıxış edən "Radniçki" ilə qarşılaşıb.

Azərbaycan çempionu rəqibinə 81:82 hesabı ilə uduzub.

"Sabah" bundan əvvəl Serbiyanın "Vrsac" klubuna 57:62 hesabı ilə uduzmuşdu.

Xəbər Lenti