Almaniya Serbiyanı uddu, dünya çempionu oldu - FOTOLAR

11 Sentyabr 2023 01:30 Basketbol 500
Almaniya Serbiyanı uddu, dünya çempionu oldu - FOTOLAR

FIBA ​​Basketbol üzrə Dünya Kuboku-2023 başa çatıb.

Sportinfo.az xəbər verir ki, görüş Filippinin paytaxtı Manilada keçirilib.

Finalda Almaniya ölkə tarixində ilk dəfə bu kubokun sahibi olub. Belə ki, komanda finalda Serbiyaya 81:77 hesabla qalib gəlib.

Serbiya 2-ci yeri tutaraq gümüş medal qazanıb. Kanada 3-cü, Amerika 4-cü, Latviya 5-ci, Litva 6-cı, Sloveniya 7-ci, İtaliya isə 8-ci yerdə qərarlaşıb.




Xəbər Lenti