
"Rəqibin kim olmasının mənim üçün fərqi yoxdur".
Sportinfo,az xəbər verir ki, bunu "Sabah"ın basketbolçusu Kivon Devenport FİBA Avropa Kubokunda qarşılaşacaqları komandalar haqqında danışarkən deyib.
25 yaşlı oyunçu avrokubokda üz-üzə gələcəkləri klublar barədə maraqlanmadığını bildirib.
Yalnız öz oyunlarını düşünməli olduqlarını söyləyən Devenport bir neçə həmyerlisinin uyğunlaşmaqda ona yardımçı olduğunu vurğulayıb:
"Bakı gözəl şəhərdir, insanlar çox mehribandırlar. Komanda yoldaşlarımız gündən-günə bir-birini daha yaxşı tanıyır və uyğunlaşırlar.
Məşqçilərimiz hər şeyin yaxşı olması üçün əllərindən gələni edirlər. Ümid edirəm ki, yaxşı nəticəyə imza ata biləcəyik".
O, daha əvvəl Azərbaycan basketbolu haqqında heç bir məlumatının olmadığını diqqətə çatdırıb: "Bu, mənim üçün yeni təcrübə və fərqli yarışdır".
"Sabah" FİBA Avropa Kubokunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) üz-üzə gələcək.
Qarşılaşmalar oktyabrın əvvəlində reallaşacaq.