Azərbaycan millisinin və “Neftçi”nin qrupları müəyyənləşdi

25 Avqust 2023 15:20 Basketbol 602
Azərbaycan millisinin və “Neftçi”nin qrupları müəyyənləşdi

Azərbaycan millisinin və “Neftçi”nin 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Macarıstanın Debretsen şəhərində təşkil olunacaq mərhələsində qrupları və oyun təqvimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, avqustun 27-28-də 12 komandanın iştirakı ilə seriyanın 20-ci mərhələsi baş tutacaq.

Qadın millimiz D qrupunda "Düsseldorf Zoos" (Almaniya) və "Qyor" (Macarıstan) klubları ilə qarşılaşacaq. “Neftçi” isə B qrupunda ABŞ və Ukrayna milliləri ilə mübarizə aparacaq.

Qadın millimiz qrupdakı ilk oyununu avqustun 27-də Bakı vaxtı ilə saat 15:40-da "Düsseldorf Zoos" klubuna qarşı keçirəcək. “Neftçi” isə həmin gün Bakı vaxtı ilə saat 14:50-də Ukrayna yığmasını sınağa çəkəcək.

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti