Avropanın məşhur klubunun legioneri Azərbaycan millisində?

17 Avqust 2023 13:40 Basketbol 1 169
Avropanın məşhur klubunun legioneri Azərbaycan millisində?

Serbiya "Partizan"ının basketbolçusu Zak Ledey Azərbaycan millisində çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "Basketnews" nəşri iddia irəli sürüb.

ABŞ-dan olan 29 yaşlı oyunçunun Azərbaycan pasportu alacağı gözlənilir.

Daha əvvəl "Monako"dan Donta Hollun da tezliklə yığmaya cəlb olunacağı bildirilmişdi.

Onların 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinə qədər yığmaya cəlb olunacağı gözlənilir. Bu raundda qrupun ilk oyunları 2024-cü il 19-27 fevralda keçiriləcək.

Zak Ledey 2021-ci ildən "Partizan"ın uğurları üçün çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti