Azərbaycan millisinin və “Neftçi”nin yeni rəqibləri bilindi

15 Avqust 2023 18:20 Basketbol 664
Azərbaycan millisinin və “Neftçi”nin yeni rəqibləri bilindi

İspaniyanın Melilya şəhərində keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsində Azərbaycan millisinin və “Neftçi” klubunun oyun təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığma C qrupunda İspaniya seçməsi və “Yuanda” (Çin) klubu ilə, “Neftçi” isə B qrupunda “Düsseldorf Zoos” (Almaniya) komandası və Portuqaliya millisi ilə qarşılaşacaq.

Millimiz ilk matçını avqustun 18-də, Bakı vaxtı ilə saat 20:20-də İspaniyaya, “Neftçi” isə həmin gün, Bakı vaxtı ilə saat 19:55-də Portuqaliyaya qarşı keçirəcək.

18-19 avqust tarixlərində keçiriləcək qrup mərhələsində ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti