Azərbaycan millisi mübarizəni dayandırdı, "Neftçi" ilk oyunda uduzdu

14 Avqust 2023 21:20 Basketbol 600
Azərbaycan millisi mübarizəni dayandırdı, "Neftçi" ilk oyunda uduzdu

Azərbaycanın 3x3 basketbolu üzrə milli komandası Polşada təşkil olunan Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni erkən dayandırıb.

Sportinfo.az xəbər verir ki, qrupa düşmək uğrunda mübarizə aparan yığma ilk görüşündə İsrailə 7:21, ikinci oyunda isə Rumıniyaya 15:16 hesabı ilə uduzub.

B qrupunda qərarlaşan "Neftçi" isə ilk görüşündə İtaliya millisi ilə bacarmayıb - 10:13. Azərbaycan təmsilçisi növbəti matçını Bakı vaxtı ilə saat 18:55-də Litva seçməsinə qarşı keçirəcək.

Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti