“Sabah” basketbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Şirzad Şirzadovla 1 illik müqavilə imzalayıb.
23 yaşlı oyunqurucusu ötən mövsüm NTD komandasında çıxış edib.
O, 2017-ci ildə Azərbaycanın U-16 millisi ilə Avropa çempionatının C Divizionunda ikinci yeri tutub.
“Sabah” buna qədər Azərbaycan millisinin əsas heyət üzvü Endər Poladxanlını “Sərhədçi”dən transfer edib.

