Növbəti Azərbaycan çempionatında bu komandalar mübarizə aparacaq

10 Avqust 2023 03:10 Basketbol 1 130
Növbəti Azərbaycan çempionatında bu komandalar mübarizə aparacaq

Azərbaycan Basketbol Liqasında yeni mövsümə oktyabrda start veriləcək.

Sportinfo.az xəbər verir ki, artıq liqada komanda sayı bəlli olub.

2023/2024 mövsümündə liqada 10 komanda mübarizə aparacaq.

Onlardan doqquzunun adı artıq bəllidir. Bu komandalar “Sabah” (Bakı), “Gəncə”, NTD (Bakı), “Xırdalan” (Bakı), “Sərhədçi” (Bakı), “Neftçi” (Bakı), “Zirvə” (Cəlilabad), “Olimpik”dir (Şəki).

Çempionatın debütantı "Sumqayıt" olacaq. Bu həftə isə çempionatdakı 10-cu iştirakçısının adı dəqiqləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!