Azərbaycan yığmasının və “Neftçi”nin oyunlarının təqvimi

9 Avqust 2023 18:20 Basketbol 738
Azərbaycan yığmasının və “Neftçi”nin oyunlarının təqvimi

3×3 basketbol üzrə Azərbaycan millisinin və “Neftçi” klubunun Polşanın Katovitse şəhərində keçiriləcək Dünya Qadın Seriyasının növbəti mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığmamız qrupa vəsiqə qazanmaq üçün İsrail və Rumıniya seçmələri ilə təsnifatda üz-üzə gələcək.

“Neftçi” isə B qrupunda Litva və İtaliya milliləri ilə mübarizə aparacaq.

Hər iki komanda ilk oyununu avqustun 14-də keçirəcək. Azərbaycan millisi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə İsraillə, “Neftçi” isə 17:05-də start götürəcək matçda İtaliya ilə qarşılaşacaq.

Bu mərhələlərin oyunları 14-15 avqustda gerçəkləşəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti