Azərbaycan millisindən növbəti qələbə - Avropa çempionatında

5 Avqust 2023 18:40 Basketbol 828
Azərbaycan millisindən növbəti qələbə - Avropa çempionatında

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda keçirdiyi ikinci oyununda da qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, komanda Bakıda Andorra seçməsini 81:55 hesabı ilə məğlub edib.

Ötən gün ilk görüşündə Cəbəllütariqi 75:58 hesabı ilə üstələyən Azərbaycan yığmasının növbəti rəqibi San Marino olacaq. Avqustun 6-da keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti