Azərbaycan yığması Avropa çempionatına qələbə ilə start verdi

30 İyul 2023 01:40 Basketbol 933
Azərbaycan yığması Avropa çempionatına qələbə ilə start verdi

Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunun oyunları start götürüb.

Sportinfo.az xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ilk oyununda Malta yığması ilə üz-üzə gəlib.

Qarşılaşmaya üstün başlayan yığmamız gərgin oyunun yekununda 73:54 hesabı ilə qalib gəlib.

Millimizin qrupdakı növbəti rəqibi Cənubi Kipr seçməsi olacaq. İyulun 31-də baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO