Azərbaycan yığması Kiprə uduzdu, Avropa ikincisi oldu

28 İyul 2023 01:30 Basketbol 856
Azərbaycan yığması Kiprə uduzdu, Avropa ikincisi oldu

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda final oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, yığmamız həlledici görüşdə Kipr seçməsi ilə qarşılaşıb.

Rəqibinə 75:78 hesabı ilə məğlub olan Azərbaycan gümüş medalla kifayətlənib.

Yarımfinalda komandamız Andorra seçməsini 87:64 hesabıyla yenərək həlledici görüşə vəsiqə qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti