Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun “B” qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı üçüncü oyununda Albaniya ilə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmaya üstün başlayan U-16 yığmamız rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb.
Millimizin qrupdakı sonuncu oyunu iddiasız San-Marino seçməsinə qarşı olacaq.
Oyun iyulun 24-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Yığmamız bundan əvvəlki oyunda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gəlib.

