Azərbaycan millisi Avropa çempionu oldu

24 İyul 2023 01:00 Basketbol 992
Azərbaycan millisi Avropa çempionu oldu

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionu olub.

Sportinfo.az xəbər verir ki, yığma tarixi nailiyyətə Andorrada təşkil edilən yarışda imza atıb.

Qızlar "C" divizionunun final oyununda yerli komanda ilə qarşılaşıblar.

Andorranı 57:45 hesabı ilə məğlub edən Azərbaycanın U-16 komandası heç bir görüşdə uduzmadan qitə çempionluğunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!