Azərbaycanın Avropa çempionatının yarımfinalında

21 İyul 2023 03:20 Basketbol 926
Azərbaycanın Avropa çempionatının yarımfinalında

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Andorrada keçirilən Avropa çempionatının C Divizionunda yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, yığma B qrupundakı son oyununda yerli komandanı məğlub edərək buna nail olub.

Gərgin keçən görüşdə 69:64 hesablı qələbə qazanan Azərbaycan seçməsi qrupu birinci pillədə başa vurub.

Qızlar yarımfinalda Gürcüstanla qarşılaşacaqlar. İyulun 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti