Yığmamız Kosovoya da uduzdu - B Divizionunun C qrupunda

12 İyul 2023 15:20 Basketbol 1 012
Yığmamız Kosovoya da uduzdu - B Divizionunun C qrupunda

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız B Divizionunun C qrupunda Kosovo kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan basketbolçuları üçün uğursuz alınıb. Komandamız 71:75 hesabıyla məğlub olub.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna və İsveçə də məğlub olmuşdu.

Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da Gürcüstan seçməsinə qarşı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti