"Neftçi" 1/4 finalda - Dünya Seriyasının Friburq mərhələsində

7 İyul 2023 10:20 Basketbol 582
"Neftçi" 1/4 finalda - Dünya Seriyasının Friburq mərhələsində

"Neftçi" 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq məhələsində 1/4 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi buna A qrupunun son oyununda Malayziya yığmasını 21:7 hesabı ilə məğlub etməklə nail olub.

"Neftçi" növbəti mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq. Bu isə İtaliya və ya Portuqaliya kollektivi olacaq.

Azərbaycan təmsilçisi daha öncə Kanada millisi ilə qarşılaşıb.

Bakı klubu reytinq xallarına görə turnirin bir nömrəsi sayılan rəqibinə 15:13 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti