Bu klub Azərbaycanı 18 ildən sonra avrokuboklara qaytardı

4 İyul 2023 02:30 Basketbol 795
Bu klub Azərbaycanı 18 ildən sonra avrokuboklara qaytardı

Azərbaycanın basketbol klubu 18 illik fasilədən sonra yenidən avrokuboklarda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu "Sabah" ölkəmizi 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA EUROPA CUP) təmsil edəcək.

FIBA Avropa Kubokunda püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.

Məlumat üçün bildirək ki, ölkəmiz sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə "Qala" ilə təmsil olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti