"Şuşada oynamaq bizə əlavə motivasiya verdi. Bizim üçün böyük məsuliyyət idi".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində qalib olan "Neftçi"nin oyunçusu Dina Ulyanova deyib.
O bildirib ki, qələbə qazanmaq hər zaman əladır:
"Buna görə çox xoşbəxtəm. Meydançaya çıxanda əmin idim ki, qalib gələcəyik. Belə də olmalı idi. Çünki evdə oynayırdıq".
Ulyanova ən çətin görüşün qrupda Almaniyaya qarşı keçirdikləri oyun olduğunu söyləyib:
"Amma ümumilikdə, bu mərhələdə oynamaq daha asan oldu. Çünki ikinci turnirimiz idi və komanda daha yaxşı hazırlaşmışdı.
Dünya qadın seriyasının mümkün olan bütün mərhələlərində iştirak edəcəyik. Planlar böyükdür.
Qarşıda iki günlük istirahət var. Bundan sonra Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Kiprə yollanacağıq.
Heyətdə mən, Tatyana Deniskina, Mersedes Mari Uolker və Aleksandra Molenhauer yer alacağıq".

