Nazirdə “Neftçi” ilə bağlı səhv tutdular, zarafatyana cavab aldılar - FOTOLAR

14 İyun 2023 09:20 Basketbol 1 456
Nazirdə “Neftçi” ilə bağlı səhv tutdular, zarafatyana cavab aldılar - FOTOLAR

Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev “feysbuk” hesabında Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı paylaşımlarına görə məşhurlaşan “Grammar Azi” səhifəsinin iradına maraqlı cavab verib.

Sportinfo.az xəbər verir ki, nazir paylaşımında basketbol üzrə Bakı klubunun zəfərindən yazıb.

“Neftçiyə zəfər yaraşır!
Şuşaya zəfər yaraşır!
Azərbaycana zəfər yaraşır!!!
Doğma Neftçini əziz Şuşada qələbə münasibətilə təbrik edirəm!!!” – deyə E. Əmrullayev paylaşımında bildirib.

Sözügedən səhifə elm və təhsil nazirinin paylaşımına ““Neftçi” dırnaqda yazılmalıdır” deyə irad bildirib. Emin Əmrullayev isə həmin rəyə “bu, işin asan tərəfidir, çətin hissəsini “Neftçi” gördü”” cavabını yazıb.

“Neftçi” basketbol klubu finalda Niderland millisini 20:12 hesabı ilə məğlub edərək qalib olub.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti