“Avrokuboklarda iştirakla bağlı hansısa tələblər ola bilər.
İndiki mərhələdə əsas problemimiz lisenziya ilə bağlı deyil“.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.
ABF-nın rəhbəri Azərbaycan klublarının avrokuboklarda iştirakına çalışdıqlarını sözlərinə əlavə edib:
“Azərbaycan uzun fasilədən sonra Avropa arenasına qayıdacaq. Bu, danışıqlarımızdan asılı olacaq.
Həm biz federasiya olaraq, həm də bəzi klublar avrokuboklarda iştirak etmək niyyətindədirlər. Yenə də iyulun sonlarına yaxın bunu daha dəqiq biləcəyik.
Bu, bizdən asılı məsələ deyil. Amma reallaşacağına inanırıq. Yeganə zəruri şərt FIBA ilə olan danışıqlardır.
Danışıqlara hələ başlamamışıq. Amma avrokuboklarda iştirak üçün elə ciddi maneə də görmürük”.

