Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, “Sabah” və “Gəncə” “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 80:80.
Əlavə vaxtda rəqibini 86:85 hesabı ilə üstələyən "Sabah" ölkə çempionu olub. Bu görüşədək seriyada hesab bərabər idi - 2:2.
Daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

