“Neftçi” Dünya Qadın Seriyasında - Azərbaycanda ilk

20 May 2023 14:20 Basketbol 597
“Neftçi” Dünya Qadın Seriyasında - Azərbaycanda ilk

Azərbaycan basketbol tarixində ilk yaşanacaq.

Sportinfo.az xəbər verir ki, Astarada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.

Azərbaycan millisi ilə bərabər, ikisi klub olmaqla ümumilikdə 12 komanda yarışda qüvvəsini sınayacaq.

Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığmaları, həmçinin, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu turnirdə mübarizə aparacaqlar.

Dünya Qadın Seriyasının oyunları 20-21 may tarixlərində Astara bulvarında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!