"Sabah" Azərbaycan Liqasında ilk finalçı oldu - FOTOLAR

10 May 2023 01:30 Basketbol 383
"Sabah" Azərbaycan Liqasında ilk finalçı oldu - FOTOLAR

Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu, yarımfinal seriyasının ikinci oyunundan sonra bəlli olub.

Belə ki, Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan” ilə qarşılaşan “Sabah” qələbə qazanaraq ümumi hesabı 2:0-a çatdırıb və həlledici matça vəsiqə qazanıb.

“Futuristlər”in 83:77 hesablı qələbəsi ilə yekunlaşan matçın ən məhsuldar oyunçusu Deymon Makduel olub. “AAAF Xırdalan”ın basketbolçusu matçboyu 34 xal və 4 ribaundluq performans sərgiləyib.

Qalib komandanın heyətində isə Entoni Patti 25 xal, 7 riabundla qələbəyə töhfə verib.

Yarımfinal seriyasının digər matçında “Gəncə” NTD ilə mübarizə aparır. İki komanda arasındakı ilk matç gəncəlilərin 101:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər Lenti