Millimiz “Qalatasaray”a qalib gəldi

26 Aprel 2023 07:30 Basketbol 597
Millimiz “Qalatasaray”a qalib gəldi

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət U-16 yığmamız növbəti yoxlama oyunlarını keçirib.

Sportinfo.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz, güclü rəqibi İstanbul çempionu "Galatasaray" U-16 qızlardan ibarət komandasına qarşı oyundan 72-58 hesablı qələbə ilə ayrılıb.

Qızlarımız müvafiq olaraq "İstanbul Asya" komandasına 88-66, "İstanbul Panterləri" komandasına isə 62-36 hesabları ilə qalib gəliblər.

Xəbər Lenti