
Azərbaycan Basketbol Liqasında XXVII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, çempionatın lideri "Sabah" play-offdan kənarda qalmış "Sərhədçi" ilə qarşılaşıb.
"Sərhədçi" İdman Mərkəzində baş tutan görüş qonaqların 89:86 hesablı qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Trevor Blekmon (26 xal, 6 ribaund) və "Sabah"dan Entoni Patti (33 xal, 4 ribaund) olublar.
Bu qələbədən sonra xallarını 47-yə çatdıran "Sabah" ilk pillədəki mövqeyini möhkəmləndirib.
22 aprel
15:00 “Gəncə” –NTD
23 aprel
15:00 “Olimpik”(Şəki) – “AAAF Xırdalan”