Federasiya prezidenti olan azərbaycanlı nazir Parisə niyə gedib? - FOTOLAR

3 Aprel 2023 02:30 Basketbol 365
Federasiya prezidenti olan azərbaycanlı nazir Parisə niyə gedib? - FOTOLAR

Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Fransaya səfəri zamanı yerli basketbol federasiyasındakı həmkarı Jan-Pyer Siyuta ilə görüş keçirib.

Sportinfo.az xəbər verir ki, Parisdə baş tutan görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət olub.

Sonda tərəflər bir-birilərinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Mayda Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz Jan-Pyer Siyutadır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!